Ukrayna Rusiya ərazisinə zərbələr endirmək üçün hədəfləri daha dəqiq seçməlidir.
Asayis.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.
Onun sözlərinə görə, Ukrayna dronlarının Baltik hava məkanını pozması Rusiya tərəfindən təxribat, təbliğat və hibrid müharibənin gücləndirilməsi üçün istifadə edilə bilər:
“Ukrayna çox diqqətli olmalıdır: taktiki məqsədlərini başa düşməklə yanaşı, NATO ölkələrinin ərazisini də qorumalıdır”.
