Bu ərazilərdə intensiv yağır müşahidə olunur - Faktiki hava

 Bu ərazilərdə intensiv yağır müşahidə olunur - Faktiki hava

Saat 18:00-a olan məlumata əsasən bəzi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Asayis.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunur ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.

Beyləqan, İmişli, Mingəçevir, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Göygöl, Daşkəsən, Sabirabad, Lerik, Ağdam, Tərtər, Bərdə, Goranboy, Naftalan, Gəncə, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Yevlax, Şəmkir, Göyçay, Culfada arabir şimşək çaxır, yağış yağır.

Saat 17:42-17:48 radələrində Kişçaya (Şəki) diametri 8-11 mm olan dolu düşüb.

18:32 - 24 May 2026

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin