25 yaşlı gənc faciəvi şəkildə öldü

 25 yaşlı gənc faciəvi şəkildə öldü

Biləsuvar rayonunda gənc oğlanı elektrik cərəyanı vurub.

Asayis.az xəbər verir ki, hadisə mayın 24-də axşam saatlarında rayonun Bağbanlar kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Tural Məmmədli yaşadığı evin həyətində iş görərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

13:32 - 25 May 2026

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin