Sabah Masazırda işıq olmayacaq

 Sabah Masazırda işıq olmayacaq

Mayın 31-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kilovoltluq “Masazır” yarımstansiyasında təmir-təftiş işləri həyata keçiriləcək.

Asayis.az “Azərişıq” ASC-nin saytına istinadla xəbər verir ki, bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

23:34 - 30 May 2026

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin