Şimşək çaxır, yağış yağır - Faktiki hava

 Şimşək çaxır, yağış yağır - Faktiki hava

Mayın 22-si saat 18:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir.

Asayis.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.

Naxçıvan, İsmayıllı, Ağsu, Qəbələ, Şamaxı, Quba, Qusar, Şahdağ, Şabran, Tərtər, Xaçmaz, Qobustan, Xızı, Göyçay, Kürdəmir, Ağdam, Tovuz, Naftalan, Goranboy, Şəmkir, Gəncə, Gədəbəy, Göygöl, Daşkəsəndə arabir şimşək çaxır, yağış yağır.

Saat 17:20-17:24 rədələrində Göyçay rayonuna diametri 3 mm olan dolu düşüb.

18:40 - 22 May 2026

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin