Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif

 Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif

Qadınların erkən pensiyaya çıxması məsələsi getdikcə aktuallaşacaq.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, bu sözləri deputat Əli Məsimli "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumat"ın müzakirəsi zamanı deyib.

O bildirib ki, hazırda ölkədə qadınların pensiya yaşı 65-dir ki, bu da MDB məkanında yüksəkdir:

"Azərbaycanda beş və daha çox övladı olan ailə çoxuşaqlı hesab olunur. Belə ailələrin xüsusi çəkisi 3%-in altındadır. Ona görə də çoxuşaqlı ailə modeli beşdən üç uşağa endirilsə, bu, analara beş il tez pensiyaya çıxmaq hüququ qazandıracaq".

12:58 - 26 May 2026

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin