Cari ilin sonunadək Antalyaya turist axını 16,5 milyon nəfəri ötəcək.
BUTA.TV xəbər verir ki, bu proqnozla Türkiyənin Turizm Agentlikləri Assosiasiyasının (TÜRSAB) Aralıq dənizi regionu üzrə nümayəndələr şurasının rəhbəri Rıza Perçin çıxış edib.
TÜRSAB təmsilçisi Türkiyənin “turizm paytaxtı”nda istirahətin qabaqcadan bronlaşdırılmasına yüksək tələbatın olduğuna diqqət çəkib.
“Avropa dövlətlərinin, o cümlədən Polşa və Böyük Britaniyanın sakinləri arasında Antalyaya marağın artması sevindiricidir. İnanırıq ki, 2024-cü il ölkəmizin turizm sektorunda rekord ilə çevriləcək”, - Perçin vurğulayıb.
Qeyd edək ki, 2023-cü ildə Antalyanı 15 milyon 689 min 258 əcnəbi turist ziyarət edib. Bu da Türkiyənin tarixi ərzində ölkənin cənubuna turist axınının ən yüksək göstəricisidir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü