Avrasiya İqtisadi İttifaqına (AİB) üzv ölkələrin liderləri cümə günü Ermənistanın ittifaqda gələcək iştirakı məsələsini müzakirə edəcəklər.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov mediaya açıqlamasında bildirib.
“Ali Avrasiya İqtisadi Şurası sabah iclas keçirəcək. Düşünürəm ki, bu məsələ bu və ya digər dərəcədə müzakirə olunacaq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Ali Avrasiya İqtisadi Şurasının iclası Astanada baş tutacaq. Aİİ-yə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir.
Astana sammitində Ermənistan baş naziri iştirak etmir.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət