Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü

21:27 - 28 May 2026 - GÜNDƏM

 Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü

Bakı-Tiflis-Bakı sərnişin qatarı Gürcüstandan Azərbaycana yola salınıb.

BUTA.TV Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) istinadən xəbər verir ki, qatar ertəsi gün saat 06:24-də Bakıya çatacaq.

Qeyd edək ki, Bakı–Tiflis–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək.

Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tiflis Dəmiryol Vağzalında dayanacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol