Ağdaşda kabab bişirib bayram etmək istəyi ana və övladına baha başa gəlib.
BUTA.TV Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə rayon mərkəzində - Nizami küçəsində yerləşən evlərdən birində baş verib.
Manqal qalayıb, kabab bişirmək istəyən ailə üzvləri küləkli havada benzini manqala tökərək, od vurublar. Nəticədə benzin partlayışa səbəb olub.
Hadisə zamanı 1956-cı il təvəllüdlü Ədalət Yunis qızı Əliyeva və 1978-ci il təvəllüdlü oğlu Ərəstun Arif oğlu Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü