19 yaşlı tələbə suda boğuldu - Foto-Yenilənib

19:12 - 28 May 2026 - GÜNDƏM

 19 yaşlı tələbə suda boğuldu - Foto-Yenilənib

Cəlilabadda 19 yaşlı gənc suda boğulub.

BUTA.TV” xəbər verir ki, hadisə rayonun Privolnye kəndində baş verib.

2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu kənd ərazisindəki su hövzəsində çimərkən boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Report-un məlumatına görə, Elşən Abbasov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kursunda təhsil alırdı və iyul ayında hərbi xidmətə yola düşəcəkdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol