Marsa gedə bilməyən raket start meydançasında partladı - Anbaan görüntülər

09:29 - 29 May 2026 - GÜNDƏM

 Marsa gedə bilməyən raket start meydançasında partladı - Anbaan görüntülər

Milyarder Ceff Bezosun sahibi olduğu “Blue Origin” şirkətinə məxsus “New Glenn” yükdaşıma raketi Florida ştatındakı start meydançasında keçirilən sınaqlar zamanı partlayıb.

BUTA.TV” xəbər verir ki, bu barədə məlumat “NASA Spaceflight” portalının canlı yayımı zamanı ortaya çıxıb.

Yayımlanan videogörüntülərdə raketin alt hissəsində qəfildən parlaq alov qığılcımının yarandığı, ardınca isə güclü partlayışın baş verdiyi aydın şəkildə əks olunub. “Blue Origin” şirkəti rəsmi “X” sosial şəbəkə hesabında sınaqlar zamanı nasazlıq yaşandığını təsdiqləyib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilmir.

Xatırladaq ki, ötən ilin noyabrında “Blue Origin” şirkəti “New Glenn” raketinin Marsa planlaşdırılan tarixi uçuşunu son anda ləğv etmişdi. Sözügedən raket ABŞ Aeronavtika və Kosmik Fəza Agentliyinin (NASA) “Escapade” proqramı çərçivəsində Qırmızı planetə iki kosmik aparat daşımalı idi.

Bu xəbər hal-hazırda çox oxunur
Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol