Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.
BUTA.TV xəbər verir ki, son oyunda çempion “Qarabağ” meydançaya çıxıb.
Ağdam təmsilçisi qış fasiləsindən sonra uğursuz nəticələrlə yadda qalan “Zirə”ni qəbul edib.
3:1 hesablı qələbə qazanan “Qarabağ” çempionluğa bir addım da yaxınlaşıb. Qurban Qurbanovun kollektivi ən yaxın izləyicisi “Sumqayıt”ı 24 xal qabaqlayır.
Turun əvvəlki oyunlarında “Sumqayıt” “Səbail”i səfərdə (1:0), “Sabah” “Qəbələ”ni (2:1), “Turan Tovuz” “Araz-Naxçıvan”ı (2:0) evdə məğlub edib, “Kəpəz”lə “Neftçi” qollu bərabərə (3:3) qalıblar.
Qeyd edək ki, Premyer Liqada XXVII turun matçları 15-17 mart aralığında keçiriləcək.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü