Ukrayna hərbçiləri Belqorod vilayətinin yaşayış məntəqələrinə daxil olmayıblar.
BUTA.TV xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.
“Biz düşmənimizdən çox sayda yalan məlumatla üzləşmişik, bununla bağlı demək istəyirəm ki, Belqorod vilayətinin yaşayış məntəqələrində düşmən yoxdur", - qubernator vurğulayıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi martın 12-də Rusiya Silahlı Qüvvələrinin bölmələrinin FTX-nin sərhəd xidməti ilə birlikdə Ukrayna ordusunun Belqorod və Kursk vilayətlərində Rusiyanın sərhəd ərazisinə keçmək cəhdinin qarşısının alındığını bildirib.
Gecə saat 3 radələrində Ukrayna qoşunları tankların və zirehli döyüş maşınlarının dəstəyi ilə hücuma cəhd ediblər.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü