UEFA Konfrans Liqasında 1/4 final, yarımfinal mərhələlərinin, eyni zamanda finalın püşkü atılıb.
BUTA.TV xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində 1/4 finaldakı cütlərlə yanaşı, yarımfinalda üz-üzə gələcək potensial rəqiblər də müəyyənləşib.
Ən güclü 8 komanda arasında yer alan Türkiyə klubu “Fənərbağça” növbəti raundda Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşacaq.
1/4 final:
“Brügge” (Belçika) – PAOK (Yunanıstan)
“Olimpiakos” (Yunanıstan) - “Fənərbağça” (Türkiyə)
“Aston Villa” (İngiltərə) - “Lill” (Fransa)
“Viktoriya” (Çexiya) - “Fiorentina” (İtaliya)
Yarımfinal:
“Aston Villa” - “Lill” cütünün qalibi / “Olimpiakos” - “Fənərbağça” cütünün qalibi
“Viktoriya” - “Fiorentina” cütünün qalibi / “Brügge” – PAOK cütünün qalibi
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinalın matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda olacaq.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü