Bakının 8 Noyabr prospektində təmir işləri ilə bağlı nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, dünəndən Bakının 8 Noyabr prospektində əsaslı təmir işlərinə start verilib. Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.
"Əsaslı təmir işlərinə prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Zığ dairəsi istiqamətində start verilib. Hazırda ərazidə köhnə səki daşlarının söküntüsü işləri aparılır. İşlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilib.
Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - AAYDA bildirir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü