Mən uzun müddətdir ki, Azərbaycan televiziyasına baxmıram.
Buta.tv xəbər verir ki, bunu Moderator.az-a xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar deyib.
Anar Xurşudbanu Natəvan və Mirzə Fətəli Axundovun heykəl obrazlarından istifadə edilərək lentə alınan reklamdan danışıb.
“Sözün düzü həmin video görüntünü görməmişəm. Sosial şəbəkələrə baxmıram. Qəsdən baxmıram ki, axmaq-axmaq paylaşımlara qanım qaralmasın. Belə böyük insanları, dahiləri ucuz reklamlarda istifadə etmək olmaz. Bunu qınayıram. Düz edib həmin reklamı yayımdan qaldırıblar. Hər bir şeyin günahını Yazıçılar Birliyində görürlər. Bir yerdə yanğın olsa, yenə də Yazıçılar Birliyinin üstünə atacaqlar ki, niyə münasibət bildirmir?! O qədər mənasız insanlar mənasız işlər görür ki! Hamısına Yazıçılar Birliyi cavab verməlidir?”, - Anar bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü