Fransa bir gün Ukraynada Rusiyaya qarşı hərbi əməliyyat keçirməli ola bilər, bu, mümkündür.
BUTA.TV xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “La Parisien” nəşrinə müsahibəsində deyib.
“Mən bunu istəmirəm, təşəbbüs də göstərməyəcəyəm, amma bəlkə də nə vaxtsa Rusiya qüvvələrinə qarşı durmaq üçün nə olursa olsun, quru əməliyyatları tələb olunacaq. Biz bunu edə bilərik, Fransanın da gücü ondadır”, - Makron bildirib.
Jurnalistlər Fransa Baş Qərargahının hər ehtimala qarşı ssenarilər hazırlayıb-hazırlamadığı sualına Fransa prezidenti müsbət cavab verib:
“Bütün ssenarilərə hazırlaşmaq bizim borcumuzdur. Bunu etməmək səhv olardı”.
Makronun sözlərinə görə, Rusiya nüvə silahına malikdir, amma onun ÜDM-i Fransa və Almaniyadan aşağıdır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü