Günəşdə iki yüksəkdərəcəli partlayış qeydə alınıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidmətindən məlumat verilib.
“Martın 20-də Moskva vaxtı ilə saat 02:27-də (Bakı vaxtı ilə 03:27-də) rentgen diapazonunda 15 dəqiqə davam edən M2.1 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə saat 10:36-da isə rentgen diapazonunda 24 dəqiqə davam edən M7.4 partlayışı müşahidə olunub. Partlayış qısa radiodalğalarda kəsilmələrlə müşayiət olunub”, - deyə məlumatda bildirilib.
İkinci partlayışdan sonra Günəş rentgen şüalarının Yerin ionosferinə təsir səviyyəsi, kosmik hava məlumatlarına əsasən, beşlik şkala üzrə R2 (orta) səviyyəsinə yüksəlib ki, burada ən yüksək göstərici R5-dir (ekstremal).
Günəşdə partlayışlar bir qayda olaraq, günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, bu da Yerdə maqnit qasırğalarına səbəb ola bilir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü