ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Kiyevə səfər edib və burada Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermakla görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters" məlumat yayıb.
Məlumata görə, Yermakla görüşündən sonra keçirilən mətbuat konfransında Sallivan ABŞ-ın Ukraynaya böyük yardım paketi təqdim edə biləcəyinə əminliyini ifadə edib:
"Öz tərəfimizdən əminik ki, biz bunu edə bilərik. Biz bu yardımı Ukraynaya köçürəcəyik. Əminəm ki, A Planını həyata keçirəcəyik. Nümayəndələr Palatasında Ukraynaya yardım paketinə güclü ikitərəfli dəstəyi təmin edəcəyik və bu vəsaiti ayıracağıq. Proses artıq çox uzanıb".
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü