Ukraynanın paytaxtı Kiyev martın 21-nə keçən gecə raket atəşinə tutulub, 10 nəfər yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası Teleqramda məlumat yayıb.
Qeyd edilib ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri şəhərin üzərində ballistik raketlər də daxil olmaqla 30-a yaxın raketi vurub. Paytaxtda hava hücumu xəbərdarlığı təxminən üç saat davam edib.
Məlumata görə, Kiyevə sonuncu raket hücumu 44 gün əvvəl olub.
Şəhərin meri Vitali Kliçko bildirib ki, hücum nəticəsində 10 nəfər yaralanıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü