Fransalı siyasətçi, Vətənpərvərlər Partiyasının lideri Florian Filippot prezident Emmanuel Makronu boks məşqi zamanı idman zalında çəkdirdiyi fotoya görə ələ salıb.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, Filippo bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Siyasətçi Makronun Rusiya prezidenti Vladimir Putinlə döyüşə hazırlaşdığını deyib.
"Makron Putinlə döyüşmək istəyir, buna görə də hazırlaşır", deyə siyasətçi Makronu ələ salaraq vurğulayıb.
Vətənpərvərlər Partiyasının liderinin fikrincə, Makronun özünü lider kimi tanıtmaq üçün bu cür cəhdləri zövqsüz təbliğatdan başqa bir şey deyil.
Qeyd edək ki, fotonu prezidentin şəxsi fotoqrafı Soaziq de la Muassoner sosial şəbəkələrdə paylaşıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü