Bu gün enerji obyektlərinə, hərbi-sənaye kompleksinə, dəmir yolu qovşaqlarına, arsenallara, Ukrayna Silahlı Qüvvələrinin yerləşdiyi yerlərə və xarici muzdlulara böyük zərbə endirilib.
BUTA.TV xəbər verir ki, bu sözlər Rusiya MN-in Ukraynaya bugünkü kütləvi hücumla bağlı açıqlamasında əksini tapıb.
Məlumatda bildirilib ki, zərbə nəticəsində silah, hərbi texnika və sursat istehsal edən və təmir edən sənaye müəssisələrinə ziyan dəyib.
Bundan əlavə, NATO ölkələrindən Ukraynaya gətirilən xarici hərbi texnika məhv edilib.
“Martın 16-dan 22-dək Rusiya ərazisinin atəşə tutulmasına, məskunlaşan əraziləri yarmağa və ələ keçirməyə cəhdlərə cavab olaraq, Rusiya hərbçiləri Ukraynadakı hədəflərə 49 cavab zərbəsi endirib”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, Ukrayna hakimiyyəti 150-dən çox raket və PUA ilə baş tutan bugünkü hücumu Ukraynanın enerji sektoruna son zamanlar edilən ən böyük hücum adlandırıb. Dnepr SES də daxil olmaqla, mühüm infrastruktur obyektləri ilə yanaşı, yaşayış binalarına da ziyan dəyib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü