ABŞ Müdafiə Nazirliyi Suriyaya yeni aviazərbələr endirdiyini təkzib edib.
BUTA.TV xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Sabrina Sinqx deyib.
“Biz ötən gecə Suriyaya aviazərbələr endirməmişik”, - deyə o bildirib.
Sinqx əlavə hər hansı məlumat verməyib.
Qeyd edək ki, Suriya Müdafiə Nazirliyi ABŞ Silahlı Qüvvələrinin Deyr əz-Zora zərbələri nəticəsində 8 nəfərin öldüyünü, 32-nin də yaralandığını açıqlamışdı. Ölənlər arasında SEPAH-la əlaqəli döyüşçülərin olduğu bildirilir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü