Parkinq qiymətlərinin artması avtomobili olan şəxslərin narazılığına səbəb olur. Hər keçən gün bu sahədə qiymət artımı ilə rastlaşırıq. Bunun səbəbini şəxsi avtomobildən istifadənin azaldılması, əsas üstünlüyün ictimai nəqliyyata verilməsi ilə əlaqələndirirlər.
Məsələ ilə bağlı BUTA.TV-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bu fikri dəstəkləmədiyini vurğulayıb:
“Parklanma qiymətlərinin kəskin artması şəxsi avtomobildən istifadəni azaltmayacaq. Bu baş verməyəcək, çünki insanları avtomobilləşməyə sövq edən amillər fərqlidir. Sözügedən məsələdə başlıca səbəb ictimai nəqliyyatdakı vəziyyətin bərbad olması, pis işləməsidir. Vətəndaşlar belə olan halda məcburdurlar ki, avtomobil alaraq, onu istismar etsinlər. İnsanların qarşısında belə bir məcburiyyət var. Ona görə də, parklanma qiymətlərinin yüksək olmasına rəğmən insanlar bu xidmətdən istifadə edəcəklər”.
Ekspert bildirir ki, avtomobilləşmənin qarşısını almaq üçün bir sıra problemləri həll etmək lazımdır:
“Avtomobildən istifadənin azalması üçün bir sıra məsələləri həll etmək lazımdır. Burada ilk olaraq, ictimai nəqliyyatda yaranan problemlərə nəzər salarıq, həll yolları düşünülməlidir. İctimai nəqliyyat yaxşı, keyfiyyətli xidmət göstərəndən sonra mobilləşmənin də sayında kifayət qədər artım müşahidə edə bilərik”
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü