Ağ Ev rəsmiləri Moskvanın ABŞ xüsusi xidmət orqanlarının məlumatlarını və onların kəşfiyyat metodlarını ifşa edə biləcəyindən ehtiyat edərək, “Krokus Siti Holl”da planlaşdırılan terror aktı ilə bağlı bütün məlumatları rus həmkarları ilə bölüşməyiblər.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
“Rusiya hakimiyyətinin ABŞ-ın kəşfiyyat mənbələri və ya metodları haqqında öyrənə biləcəyi qorxusu, Vaşinqton və Moskva arasında düşmənçilik münasibətləri Ağ Ev rəsmilərinin terror planı haqqında məlumatı paylaşmasına mane olub. ABŞ-ın yüksək rütbəli rəsmilərinin sözlərinə görə, son aylar Vaşinqton İŞİD ekstremist qruplaşmasının fəaliyyətini çox diqqətlə izləyir. Elektron dinləmələr, informatorlar və digər vasitələrin cəlb olunduğu monitorinq zamanı amerikalı əməliyyatçılar Rusiyada hazırlanan terror aktı planları barədə kifayət qədər konkret məlumat əldə ediblər”, - məlumatda deyilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü