Türkiyə ordusu 2024-cü il yanvarın 1-dən bu yana bölgədə 646 terrorçunu zərərsizləşdirib.
Axar. az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəki Aktürk deyib.
“Son bir həftə ərzində Türkiyə ordusu İraq və Suriyanın şimalı da daxil olmaqla 38 terrorçunu zərərsizləşdirib. Bununla da 2024-cü il yanvarın 1-dən bəri məhv edilən terrorçuların sayı 646-ya çatıb. Onlardan 268-i İraqın şimalında, 378-i isə Suriyanın şimalında məhv edilib. Həmçinin İraqın şimalındakı sığınacaqlardan qaçan bir PKK terrorçusu Haburdakı sərhəd məntəqəmizdə təslim olub”, - o bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü