Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev MDB-nin işində fəal iştirakına görə Azərbaycan rəhbərliyinə, müvafiq qurumlara, nazirliklərə və idarələrə təşəkkürünü bildirib.
BUTA.TV xəbər verir ki, S. Lebedev qeyd edib:
“Azərbaycan Baş nazirin birinci müavini Yaqub Eyyubovun qismində həm iqtisadi, həm də humanitar sahədə MDB-nin fəaliyyətində aktiv iştirak edir. Mayın əvvəlində Bakıda mühüm tədbir - “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
MDB İcraiyyə Komitəsindən foruma nümayəndə heyəti yola düşəcək. MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası (MDB İnformasiya Şurası) da Bakıda toplaşacaq. Mən həm Azərbaycan rəhbərliyinə, həm də aidiyyəti qurumlara, nazirliklərə və idarələrə MDB-nin işində fəal iştiraka görə çox minnətdaram”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü