Bələdiyyə sədri seçkilərində qələbə Türkiyə siyasi müxalifəti üçün son şansdır.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, "Financial Times" "İstanbul döyüşü"nün əhəmiyyəti barədə yazır.
Ekspertlərin fikrincə, səsvermədə qalib gəlmək müxalifət üçün həlledicidir. May seçkilərində alternativ prezidentliyə namizədin məğlubiyyəti alyansın birliyini zəiflətdi.
“Bu, onsuz da darmadağın olan müxalifət partiyaları üçün həlledici seçkidir. İstanbulu itirsələr, çətin vəziyyətə düşəcəklər”, – İstanbul Sabancı Universitetinin professoru Berk Esen deyir.
Xatırladaq ki, İstanbul bələdiyyə sədri seçkiləri martın 31-də keçiriləcək. Bələdiyyə sədri postu uğrunda hazırkı prezidentin partiyasından namizədliyi irəli sürülmüş keçmiş urbanizasiya naziri Murad Kurum və müxalifət namizədi Əkrəm İmamoğlu mübarizə aparacaq. Onun 2019-cu ildə keçirilən əvvəlki bələdiyyə seçkilərindəki qələbəsi Rəcəb Tayyib Ərdoğan üçün sürpriz oldu. Bu il yerli sakinləri yenə də müxalifətin namizədinə üstünlük verirlər.
İstanbul Ərdoğan üçün xüsusi əhəmiyyət kəsb edir - o, burada anadan olub və 1994-98-ci illərdə bələdiyyə sədri olub.
Qəzet yazır ki, bələdiyyə seçkiləri onun avtokratiyasını məhdudlaşdıran bir neçə faktordan biri olaraq qalır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü