İran İsrailə qarşı hər hansı qisas əməliyyatına əl atacağı təqdirdə Təl-Əviv qəti cavab verəcək və münaqişəni başqa müstəviyə çatdıracaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Axios” nəşri adının açıqlanmasını istəməyən İsrail rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, bu fikirlər İsrail hökumətinin ABŞ-a mesajında bildirilib.
“Amerika və İsrail rəsmiləri bildiriblər ki, Bayden administrasiyası və İsrail hökuməti İslam Respublikasının qaçılmaz hücuma hazırlaşmasından narahatdır”, - nəşr bildirib.
Qeyd edək ki, Baş nazir Benyamin Netanyahu aprelin 4-də İranın istənilən hərəkətinə cavab veriləcəyini deyib. O, Tehranın uzun illərdir birbaşa və ya proksi qüvvələri vasitəsilə İsrailə qarşı hücumlar etdiyinə diqqət çəkib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü