Aprelin 5-də Brüsseldə ABŞ-AB-Ermənistan sammitində İrəvana elan edilən illik maliyyə yardımı 140 milyon dollardır.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın sabiq baş naziri Qrant Baqratyan deyib.
O bildirib ki, 2024-cü il üçün AB 67,5 milyon avro (4 il üçün 270 milyon avro), ABŞ 65 milyon dollar, həmçinin Qarabağdan köçən ermənilər üçün 7 milyon dollar olmaqla, ümumilikdə 140 milyon dollar yardım ayrılıb.
“Rusiyadan isə 2024-cü ildə nağd pul axını 14 milyard dollar təşkil edəcək. Belə ki, transferlər 5 milyard dollar, ixrac 8 milyard dollar və yanacaq subsidiyaları 1 milyard dollar. Qərbin verdiyi Rusiyadan gələnlərin 1 faizini təşkil edir”, - o bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü