Bu gecə Rusiya Federasiyasının uzaqmənzilli aviasiyasının Ukrayna ərazisində yerləşən hədəflərə raket hücumları ilə bağlı intensiv fəaliyyəti olub.
BUTA.TV xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının bəyanatında deyilir.
“Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlara başlanılıb və Polşa Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı vəziyyəti daim izləyir”, - məlumatda bildirilib.
Qeyd edilib ki, Polşa və müttəfiqlərin təyyarələri hava məkanında işləyir və bu, xüsusilə ölkənin cənub-şərq hissəsində səs-küy səviyyəsinin artmasına səbəb ola bilər.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü