Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı statusu alması üçün müraciət ünvanlanacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin X hesabında paylaşım edilib.
Bildirilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib və çıxış edib.
XİN başçısı çıxışı zamanı iştirakçı nazirlərə MDB çərçivəsində iqtisadi-ticarət, eləcə də mədəni-humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında Azərbaycanınnin baxışı barədə məlumat verib.
"Bundan əlavə, Azərbaycanın qarşıdan gələn COP29-a ev sahibliyi etməsi, MDB-2025 Oyunlarının Gəncə şəhərində keçirilməsi, eləcə də Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı statusu alması üçün müraciətlə bağlı görülən işlər barədə məlumat verilib", - məlumatda qeyd olunub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü