Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ölkənin Antalya vilayətində baş verən kanat xətti qəzası ilə bağlı açıqlama verib.
BUTA.TV xəbər verir ki, məlumata əsasən, bölgəyə Türkiyənin müxtəlif qurumlarının 150 nəfərlik xilasedici qrupları və səksən nəfərlik alpinist heyəti göndərilib.
Hadisə yerinə bir hərbi karqo təyyarəsi və altı helikopter cəlb edilib.
İndiyədək 18 nəfər xilas edilib. Yaralananlar xüsusi helikopterlərlə xəstəxanalara çatdırılırlar. Kabinələrdə qalan digər vətəndaşların təxliyə işləri davam edir.
Xatırladaq ki, bu gün Türkiyənin Antalya vilayətinin Konyaaltı bölgəsində kanat xəttinin dirəklərindən birinin aşması nəticəsində xəttin kabinələrindən biri qayalıq əraziyə düşüb. Hadisə zamanı bir nəfər həlak olub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü