Zaporojye vilayətində Akimov rayon şurasının deputatı Anton Yakimenkonun həyatına sui-qəsd olub.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Federasiyası İctimai Palatasının yeni regionların inteqrasiyası üzrə koordinasiya şurasının həmsədri Vladimir Roqov deyib.
“Zaporojye vilayətində növbəti terror aktı. Məlumat daxil olub ki, bu gün terrorçular Akimov rayon şurasının deputatına qəsd ediblər”, - o bildirib.
Roqov daha sonra bildirib ki, sui-qəsd “Vahid Rusiya” partiyasının üzvü Anton Yakimenkoya edilib:
“Yakimenko partiyanın yerli seçkilər üçün seçici siyahısında ilk üçlükdə olub”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü