May ayı ərzində iki dəfə - 3 və 4 gün olmaqla ardıcıl qeyri-iş günləri olacağı gözlənilir.
BUTA.TV xəbər verir ki, 9 May Qələbə Günü 4-cü günə təsadüf edir, 11 və 12 may isə istirahət günləridir. O cümlədən bu il 28 May Müstəqillik Günü 2-ci günə düşür, 25 və 26 may tarixləri isə şənbə-bazardır.
Qanunvericiliyə uyğun olaraq, qeyri-iş günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 10 may tarixini özündən əvvəlki həftənin istirahət günlərindən biri ilə əvəzləyərək, 4 gün ardıcıl qeyri-iş günü elan edəcəyi gözlənilir. Eyni zamanda, 25 may şənbə günü ilə 27 may iş gününün yerinin dəyişdiriləcəyi və 26-28 may tarixlərinin ardıcıl qeyri-iş günü olacağı mümkündür.
Qeyd edək ki, Nazirlər Kabinetinin bu barədə rəsmi qərarı hələ elan edilməyib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü