Qəbələdə 20 yaşlı qız özünü asıb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə Qəbələ rayonu, Bum qəsəbəsində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Bəhruzə Quliyeva özünü tövlədə asaraq, intihar edib.
Məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir.
Daha bir məqam isə özünü asaraq intihar edən qızın qardaşı - Bəhruz Quliyevin 1992-ci il şəhidi olmasıdır. Qardaşı şəhid olduğuna görə onun adını yaşatması üçün bacısına Bəhruzə adını veriblər. Ailənin yaşadığı küçə də məhz şəhid Bəhruz Quliyevin adını daşıyır.
Onun nişanlısının yanında, Cığatelli kəndində dəfn olunacağı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü