Monitorinq Mərkəzi üç il ərzində üç ölkənin hərbçilərinin Azərbaycan torpağında daimi sülh naminə uğurlu əməkdaşlığının nümunəsi olub.
BUTA.TV xəbər verir ki, bunu həmin rayonda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılması ilə əlaqədar təşkil olunan tədbirdə çıxış edən Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-polkovnik Sergey İstrakov deyib.
General-polkovnik qeyd edib ki, mərkəzin fəaliyyəti dövründə Rusiya və Türkiyə sülhməramlıları atəşkəs rejiminə əməl olunmasına etibarlı nəzarət sistemi qurmağa müvəffəq olublar:
“Rusiya və Türkiyə sülhməramlıları müsibətlər görmüş torpaqlarda əmin-amanlığın yaranması üçün möhkəm təməl qurublar. Qarşıya qoyulan bütün vəzifələr Rusiya və Türkiyədən olan həmkarlar tərəfindən işgüzar, dostluq şəraitində həll olunurdu”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü