Nə qədər ki, Gürcüstanda aşağı həyat səviyyəsi var, ölkədən miqrasiya yüksək səviyyədə qalacaq.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
"Bizim göstəricilərimiz mənfidir və əsas vəzifə iqtisadiyyatın inkişafıdır. Əgər iqtisadiyyatda irəliləyiş olmazsa və iqtisadi cəhətdən AB ölkələri ilə yaxınlaşmasaq, əlbəttə ki, mənfi göstərici qalacaq", - Kobaxidze jurnalistlərə deyib.
Onun sözlərinə görə, Gürcüstana AB ölkələri səviyyəsinə yaxınlaşmaq üçün bir neçə il lazımdır.
Qeyd edək ki, Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ildə ölkədən 245 064 nəfər miqrasiya edib ki, bu da 2022-ci illə müqayisədə 95,6% çoxdur.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü