Avstraliya Ukraynaya ümumi məbləği 100 milyon dollar olan daha bir yardım paketi təqdim edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, məbləğin 50 milyon dolları qısamənzilli hava hücumundan müdafiə sistemlərinin alınmasına, 30 milyon dolları isə dronların alınmasına sərf olunacaq. Qalan hissəsi şişmə qayıqlardan dəbilqə və çəkmələrə qədər müxtəlif vasitələrə xərclənəcək.
Qeyd edək ki, Avstraliya hakimiyyətinin Ukraynaya yardım üçün ayırdığı vəsaitin ümumi məbləği artıq 880 milyon dollar təşkil edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü