Bu gün Türkiyə Superliqasında 34-cü turun növbəti oyunları keçirilib.
BUTA.TV xəbər verir ki, günün mərkəzi qarşılaşmasında “Fənərbağça” doğma meydanda “Beşiktaş”ı qəbul edib. İstanbul derbisi "sarı lacivərdlər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində 30-cu dəqiqədə Mişi Batşuayi, 69-cu dəqiqədə Can İrfan fərqləniblər.
Qonaqların yeganə qoluna 82-ci dəqiqədə Cenk Tosun imza atıb.
Günün digər görüşlərində isə “Kasımpaşa” “Samsunspor”u 1:0, “Sivasspor” “Konyaspor”u 1:0, “Başakşəhər" “Hatayspor”u 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, hazırda "Qalatasaray" 93 xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbağça" isə 89 xalla ikinci pillədə qərarlaşıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü