Azərbaycanın yeganə regional bankı Naxçıvan Bank ASC-nin maliyyə balansı yaxşıdır və heç bir maliyyə problemi yoxdur.
BUTA.TV xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, "Naxçıvan Bank" səhmlərinin bir hissəsini Kapital Bank ASC-yə satıb:
"Bu səhmdarların qərarıdır. Hazırda da səhmdarlar müəyyən məsələləri müzakirə edib qərarlar verəcəklər. Ancaq bankın fəaliyyətində, maliyyə dayanıqlılığında bir problem yoxdur".
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmlərinin "Kapital Bank"a ötürülməsindən öncə 63,66 %-i Hüseyn Məmmədova, 26,52 %-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82 %-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsus idi.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü