Şəmkir rayonunda baş vermiş avtomobil qəzasının bəzi təfərrüatı məlum olub.
BUTA.TV Report-a istinadla xəbər verir ki, qəza nəticəsində ağır xəsarətlər alan 1986-cı il təvəllüdlü Həbib Rzayev bölgədə tanınmış müğənnidir.
Qəza nəticəsində dünyasını dəyişən isə onun oğlu, 2007-ci il təvəllüdlü İlkin Rzayevdir.
Mərhum Şəmkir rayonunda təşkil olunan bir çox tədbirlərdə öz ifası ilə tanınırmış.
Qeyd edək ki, hadisə mayın 4-də Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində, “Yasamal” aşırımı deyilən yerdə baş verib. Belə ki, “Nissan” markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində daha 3 nəfər, Samir Salahov (1987), Məhəmməd Həsənov (1995) və 3 yaşlı uşaq da xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü