NATO Ukrayna ərazisinə qoşun yerləşdirməyi planlaşdırmır, lakin ona kifayət qədər hərbi yardımın göstərilməsi vacibdir.
BUTA.TV xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq İtaliyaya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
Stoltenberq xatırladıb ki, ABŞ və Avropadan Ukraynaya silah tədarükünün gecikməsi səbəbindən Rusiya qüvvələri hücum əməliyyatlarında irəliləyişə nail ola bilib.
“NATO Ukraynaya qoşun yeritmək niyyətində deyil, mən keçən həftə Ukraynaya səfər edəndə ukraynalılar NATO əsgərləri deyil, daha çox hərbi dəstək istədilər”, - deyə baş katib vurğulayıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü