Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Böyük Britaniyanın Baş naziri Rişi Sunakın nüvə eskalasiyası və qaz təchizatı ilə bağlı sözlərini çıxılmaz yalan adlandırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Sunakın yalanları o qədər çarəsizdir ki, hətta ona yazığım gəlir. Bəs əgər bu sadəcə axmaqlıqdırsa?” - o bildirib.
Təhlükəli nüvə eskalasiyasından danışan Zaxarova qeyd edib ki, Zaporojye atom elektrik stansiyasını məhz Kiyev atəşə tutur. O vurğulayıb ki, Rusiya qaz tədarükünü dayandırmayıb və bu təkzibolunmaz faktdır.
Xatırladaq ki, Sunak Putinin davranışının dünyanı Karib böhranından sonra ən təhlükəli nüvə eskalasiyasına yaxınlaşdırdığını bildirib. Baş nazir onu da deyib ki, Rusiya qaz tədarükünü dayandırdıqda bu, Britaniyanın enerji təhlükəsizliyini risk altına atıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü