Fransanın Yeni Kaledoniya ərazisində etirazlar davam edir.
BUTA.TV xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.
Məlumatda etirazçılarla polis arasında yaşanan toqquşmalarda iaşə obyektlərinə 150 milyon avro dəyərində zərərin dəydiyi, 4 nəfərin öldüyü bildirilib.
Xatırladaq ki, etirazların səbəbi Fransa Senatı və Milli Assambleyasının Yeni Kaledoniyada qanunsuz konstitusiya dəyişikliyi etməyə başlamasıdır. Belə ki, parlamentdə orada 10 ildən artıq yaşayan şəxslərə regional seçkilərdə iştirak etmək hüququnu nəzərdə tutan qanun layihəsi təsdiqlənib. Sözügedən dəyişikliklər seçki elektoratını qeyri-kanaklar hesabına artırmaq məqsədi daşıyır.
Fransa hakimiyyəti dinc etirazların qarşısını almaq üçün Yeni Kaledoniyada komendant saatının tətbiqi ilə bağlı qərar qəbul edib, polis isə yerli əhaliyə qarşı ciddi şəkildə zorakılıq törədib. Son məlumata görə, 82 nəfər həbs olunub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü