Rusiya və Çin hakimiyyəti Şimali Koreyanın hərəkətlərinin cilovlanmasında rol oynaya bilər.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.
“Biz çoxdan hesab edirik ki, Rusiya və Çin Şimali Koreyanın təxribatçı, ehtiyatsız, zərərli və sabitliyi pozan davranışlarının qarşısının alınmasında müəyyən rol oynamalıdır”, - deyə o bildirib.
Qeyd edək ki, Pekində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Szinpin tərəfdaşlığın dərinləşdirilməsinə dair birgə bəyanat imzalayıb. Orada Rusiya və Çinin ABŞ və müttəfiqlərinin KXDR-ə qarşı hərbi təxribatlar törətmək cəhdlərinə qarşı olduğu bildirilir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü