1976-cı il xəritələri 1991-ci ilin xəritələri ilə oxşardır. Bunlar Almatı Bəyannaməsinə əsasən dövlətlərarası sərhədə çevrilən Sovet İttifaqının inzibati sərhədləridir.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu kartoqraf Ruben Qalçyan deyib.
“Kirants və Xeyrimli bir-birindən təxminən 200 metr məsafədə yerləşir. Yol ortadan keçir. Sovet İttifaqı Kirants istiqamətində sərhədi genişləndirib. Ona görə də İttifaqın xəritələrinə əsasən körpü Azərbaycan ərazisinə daxil edilib. Əgər biz bu sərhədləri çəkiriksə, o zaman körpünü də Azərbaycana təhvil verməliyik. Biz körpünü geri qaytarırıq, əvəzində isə artıq tikintisi elan olunmuş yeni yol çəkirik. Bizim iki variantımız var: ya körpünü götürəcəyik, ya başqa oxşar yerdə torpaq verəcəyik – hansı ki Azərbaycan buna razı olmayacaq – ya da yeni yol çəkəcəyik”, – Qalçyan vurğulayıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü