Kursk bölgəsində qəzaya uğrayan "Muhacir-6" PUA-sı İranın ən son "Qaem-5" idarə olunan bombalarını daşıyırdı.
BUTA.TV xəbər verir ki, bunu "Bild" nəşrinin hərbi eksperti Yulian Röpke qəza yerindən videonu şərh edərkən deyib.
O bildirib ki, görünüşünə görə foto və videodakı sursat "Qaem-5"-ə çox bənzəyir:
"Ehtimallara görə, PUA Ukraynanın Sum vilayəti ərazisinə hücum etməli idi, lakin hədəfə çata bilməyib və yerə düşüb. Bu bomba müxtəlif növ döyüş başlıqları ilə təchiz oluna bilər. Onun elan edilmiş uçuş məsafəsi 40 km-ə qədər, minimum əməliyyat hündürlüyü təxminən 3 km-dir. İranda 2019-cu ilin avqustunda istifadəyə verilib".
Qeyd edilib ki, "Qaem-5"dən istifadə Tehran və Moskva arasında hərbi əməkdaşlığın yeni səviyyəsinə işarə edir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü