Hazırda Azərbaycanda 1 şəhərin və 3 rayonun icra başçısı vəzifəsi boşdur.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov vəzifəsindən azad edilib. Onun yerinə təyinat olmayıb.
Bundan başqa, Daşkəsən rayonu da hazırda icra başçısı olmayan rayonlardandır. Belə ki, rayona 12 il müddətdən çox rəhbərlik etmiş Əhəd Abıyev 17 iyul 2023-cü ildə vəzifəsindən azad edilib. Onun yerinə təyinat olmayıb.
Həmçinin, Culfa rayonunun icra başçısı Siyam Çərkəz oğlu Hacıyev 31 avqust 2023-cü il tarixində işdən çıxarılıb və onun da yerinə təyinat aparılmayıb.
17 noyabr 2023-cü il tarixində isə Prezident İlham Əliyev Mirsənani Seyidovu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Şəhər rəhbərinin yerinə hələ ki, təyinat olmayıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü